Malidə hərbçilər qiyam qaldırıb nazirləri həbs etdilər

  • Space TV
  • 18 Avqust 2020 16:56

Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.

Spacetv.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Üsyançılar tərəfindən həbs edilən dövlət rəsmiləri və hərbçilərin harada saxlanıldığı barədə məlumat verilmir.

Malidə yerləşən Norveç, Fransa və İspaniyanın diplomatik nümayəndəlikləri hərbçilərin qiyam qaldırıdığını təsdiqləyiblər.

Paylaş

 Xəbəriniz olsun