Malidə 13 fransız hərbçisi həlak olub

  • SpaceTV
  • 26 Noyabr 2019 13:50

Malidə terrorçulara qarşı keçirilən əməliyyat zamanı helikopter qəzası baş verib, 13 fransız əsgəri həlak olub.

SPACE TV  BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə noyabrın 25-i axşam saatlarında baş verib.

Fransa Prezidenti Emmanuel Makron hadisənin baş verdiyini təsdiqləyib.

E. Makron həlak olanların ailələrinə baş sağlığı verib.

Qeyd edək ki, İŞİD-ə müttəfiq olduğunu bəyan edən terrorçulara qarşı mübarizə aparmaq üçün Fransa “Barkhane” əməliyyatı çərçivəsində Maliyə 4500 əsgər yerləşdirib.

Paylaş

 Xəbəriniz olsun