Mal-qara oğurlayan “dost”lar saxlanılıb

  • Space TV
  • 3 Sentyabr 2020 12:35

İsmayıllıda mal-qara oğurlayan “dost”lar saxlanılıb. Spacetv.az-ın məlumatına görə, İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Qəzli və Quşencə kəndinin 4 nəfər sakini onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat veriblər. Daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrafil Alızadə olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdə və İsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun