Mal-qara arasında kütləvi tələfat

  • SpaceTV
  • 19 Sentyabr 2020 14:51

Oğuz rayonunun Tərkeş kəndində örüşdən qayıdan mal-qara arasında tələfat olub. Spacetv.az  xəbər verir ki, kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlardan ibarət naxır kəndin inzibati ərazisindəki örüş sahəsində otlayan zaman onlarla iribuynuzlu heyvanın vəziyyəti pisləşməyə başlayıb. Qısa müddət ərzində sakinlərə məxsus 16 baş iribuynuzlu heyvan tələf olub.
Mal-qara arasında gözlənilmədən baş verən tələfat barədə sakinlər Oğuz rayon baytarlıq idarəsinə və kənd məntəqəsinə xəbər veriblər.
Oğuz rayon Baytarlıq İdarəsindən  verilən məlumata əsasən, Tərkeş kənd sakinlərinə məxsus mal-qara arasında gözlənilmədən baş verən tələfatla bağlı idarənin məsul şəxsləri əraziyə gələrək yerində tanış olublar.  Bir neçə ölmüş iribuynuzlu heyvandan müayinələr götürülüb. İlkin müayinə zamanı mal-qaranın otladığı sahədə zəhərli otlardan zəhərlənməsi ehtimal olunur. Mal-qara arasında baş verən tələfatın dəqiq səbəbini aydınlaşdırmaq üçün ölmüş heyvan leşlərindən götürülmüş nümunələr analiz edilməsi üçün sentyabrın 18-də Respublika Baytarlıq İdarəsinin laboratoriyasına göndərilib.

İlkin Piranov, Spacetv.az

Paylaş

 Xəbəriniz olsun