Maksim Şevçenko: “Gürcülər azərbaycanlıları qardaş kimi qəbul edirlər”

  • Space TV
  • 22 Dekabr 2020 11:37

“Gürcülərin azərbaycanlıları qardaş kimi qəbul etdiklərinə əmin oldum”.

Spacetv.az xəbər verir ki, bunu rusiyalı politoloq və jurnalist Maksim Şevçenko bildirib.

O, Gəncədən sonra Gürcüstana üçgünlük səfər etdiyini deyib: “Gürcülər və azərbaycanlıların bir-birinə dost və qardaş olmaları bu vaxta qədər mənə yalnız nəzəriyyə kimi görünürdü. Gürcüstana səfərim zamanı bunu öz gözlərimlə gördüm. Gürcü və azərbaycanlıların öz aralarında yaxın dost kimi necə zarafat etdiklərini və bir-birilərinin xətirlərinə dəymədiklərinin şahidi oldum”.

M.Şevçenko gürcü və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin çox vacib amil olduğunu qeyd edib.

Paylaş

 Xəbəriniz olsun