Maksim Qalkin İlham Əliyevlə olan görünütüsünü paylaşdı

  • SpaceTV
  • 16 Noyabr 2019 15:49

Xəbər verdiyimiz kimi, noyabrın 15-də Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış yumoristi, teleaparıcı, şoumen və müğənni Maksim Qalkinin yaradıcılıq axşamı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yaradıcılıq axşamına tamaşa ediblər.

SPACE TV  xəbər verir ki, Maksim Qalkin dünən axşamkı konsertindən sosial şəbəkədə görüntü paylaşaraq Azərbaycanla bağlı bu sözləri yazıb:

“İnanılmaz dərəcədə isti qarşılandığınız üçün Bakıya təşəkkür edirəm! Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevə ailəsilə gəlib, konsertimi vaxt ayırıb izlədikləri üçün təşəkkür edirəm. İyirmi ildir ki, mən Bakıya istirahətə gəlmişəm və həmişə gözəl Azərbaycan tamaşaçıları ilə görüşməkdən zövq alıram”.

Paylaş

 Xəbəriniz olsun