Makronun koronavirusa harada yoluxduğu məlum oldu

  • Space TV
  • 18 Dekabr 2020 10:17

Fransa Prezidenti Emmanuel Makronun koronavirusa yoluxduğu yer məlum olub.

Bu barədə Fransanın Səhiyyə naziri Olivyer Veran “France 5” kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, siyasətçi infeksiyaya Brüsseldə keçirilən Avropa İttifaqının sammitində (10-11 dekabr) yoluxa bilərdi.

Qurum rəhbəri bildirib ki, sammit zamanı geniş bir otaqda şam yeməyi təşkil edilmişdi. Ancaq geniş məkan infeksiyadan qorunmağa zəmanət vermir.

“France Press” həmçinin öz mənbələrinə istinadla eyni fərziyyəni irəli sürüb. Nəşr siyasətçinin 27 ölkədən olan həmkarları ilə danışıqlarda fasiləsiz 20 saat vaxt keçirdiyini vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun