Makron və Trüdo Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

  • Space TV
  • 6 Noyabr 2020 14:17

Fransa Prezidenti Emmanuel Makron, Kanadanın Baş naziri Castin Trüdo ilə danışıqlar aparıb.

TASS Kanada hökuməti başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyəti və terrorizmlə mübarizəni müzakirə ediblər.

Dağlıq Qarabağdakı mövcud vəziyyətin müzakirəsi zamanı münaqişənin diplomatik yolla həll olunmasının vacibliyini vurğulanıb.

Onlar ifadə azadlığının və insan hüquqlarının qorunmasının vacibliyi, terrorizm və zorakı ekstremizmə qarşı mübarizə öhdəlikləri barədə razılığa gəliblər.

Paylaş

 Xəbəriniz olsun