“Makkabi”nin müdafiəçisi: “Qarabağ” çox güclüdür”

  • SpaceTV
  • 2 Dekabr 2020 17:28

“Məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. Sabah xal qazanmalıyıq. “Qarabağ” xal qazana bilməsə də, keyfiyyətli komandadır”.

Spacetv.az xəbər verir ki, bu fikirləri İsrailin “Makkabi” komandasının futbolçusu Maor Kandil Avropa Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la matç barədə “İsraelhayom” nəşrinə açıqlamasında deyib.

27 yaşlı müdafiəçi bildirib ki, güclü komandaya qarşı sərt oyun gözləyirlər: “Rəqib çox güclüdür. Ancaq onları analiz etmişik. Bu mövsüm Türkiyədə oynamışıq. Qısa uçuş olduğu üçün rahatdır. Bizim üçün çox vacib matç olacaq”.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Paylaş

 Xəbəriniz olsun