Mahir Emreli koronavirusa yoluxdu

  • SpaceTV
  • 2 Dekabr 2020 11:55

“Qarabağ”ın futbolçusu Mahir Emreli koronavirus aşkarlanıb.

Ağdam klubundan Spacetv.az-a verilən məlumata görə, 23 yaşlı hücumçunun testi müsbət çıxıb.

Emreli bu səbəbdən Avropa Liqasının IV tur matçı üçün Türkiyənin İstanbul şəhərinə yollanmayıb.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Paylaş

 Xəbəriniz olsun