Mahir Emreli daha bir klubunun marağındadır

  • SpaceTV
  • 27 Yanvar 2021 11:19

Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emreli Polşa çempionatının ikinci pilləsində gedən “Rakuv”un transfer hədəfindədir.

Spacetv.az Polşa mətbuatına istinadən xəbər verir ki, Çenstoxova şəhərini təmsil edən klubun hücumçusu Oskar Zavada Cənubi Koreya komandasında oynamağa yaxındır.

Bu səbəbdən “Rakuv” hücumçu axtarır. Klubun transfer hədəfində isə Mahirdir.

Qeyd edək ki, daha əvvəl Polşanının digər klubu “Zaqvembye”nin Mahir Emrelini istədiyinə dair məlumat yayılmışdı. Lakin klubla futbolçu maliyyə məsələsində razılığa gələ bilmədiyindən, keçid baş tutmamışdı.

Paylaş

 Xəbəriniz olsun