Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

  • Space TV
  • 2 Mart 2021 16:32

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanın nəticələrini açıqlayıb.

Spacetv.az-ın xəbərinə görə, nəticələrlə bağlı bakalavrlar 7727 nöməsinə SMS göndərməklə məlumat ala bilərlər.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanı fevralın 28-i respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 81 imtahan binasında aparılıb.

Paylaş

 Xəbəriniz olsun