Magistraturaya boş qalan yerlərə qəbul elan edildi

  • Space TV
  • 25 Avqust 2020 10:35

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi elan edib.

Mərkəzdən Spacetv.az-a bildirilib ki, boş qalan yerlərə qəbul 23 fevral 2020-ci il tarixində keçi­rilən qəbul imtahanında toplanan ballar əsasında müsabiqə yolu ilə aparılır.

Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 31 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.

Paylaş

 Xəbəriniz olsun