Magistral yolda 29 avtomobilin iştirakı ilə dəhşətli qəza güclü yanğına səbəb oldu-VİDEO

  • Space TV
  • 13 Noyabr 2020 17:09

ABŞ-ın Minnesota ştatında, Montisello şəhəri yaxınlığında magistral yolda 29 avtomobil və yük maşınının iştirakı ilə ondan çox nəqliyyat vasitəsinə ziyan vuran yol qəzası baş verib.

“CBS” məlumat verir ki, qəza güclu yanğına səbəb olub və nəticədə, onlarla avtomobil yanaraq külə dönüb. Yaralanan doqquz nəfər xəstəxanaya yerləşdirilib.

Hadisədən biraz əvvəl sinoptiklər bölgədə güclü külək və qarla bağlı xəbərdarlıq ediblər.

Magistral yolu sıradan çıxmış avtomobillərdən tamamilə təmizləmək doqquz saatdan sonra mümkün olub.

Paylaş

 Xəbəriniz olsun