Mağazadan oğurluq etdi

  • SpaceTV
  • 28 Avqust 2019 17:01

Hadisə gecə saat 3 radələrində Göyçayın Birinci Ərəbcəbirli kəndində, kənd sakini Səmədov İntiqam Müseyib oğluna məxsus mağazada qeydə alınıb.

Mağaza sahibinin sözlərinə görə, baş verən hadisə zamanı ümumilikdə 800-1000 manat civarında ziyan dəyib. Bildirib ki, həm nağd pul, həm də bir sıra dəyərli əşya oğurlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

Vahid Fəxri Space Göyçay

Paylaş

 Xəbəriniz olsun