Mağaza qarət edilib

  • SpaceTV
  • 25 Sentyabr 2019 12:44

 Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Alabaşlı qəsəbəsi ərazisində fəaliyyət göstərən mağazalardan birini qarət edən Gəncə şəhər sakinləri – əvvəllər məhkum olmuş,  26 yaşlı Ayxan Hüseynov və həmyaşıdı Rəşad Məmmədov saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər bir həftə sonra Qarayeri qəsəbində daha bir mağazadan oğurluq ediblər. 

Elçin Əzizov – Baş müstəntiq: “Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub və Samux rayon Məhkəməsi tərəfindən onlar barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan başqa istintaq zamanı maddi sübutun bir qismi də tərəfimizdən götürülüb. Hal-hazırda iş üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir”.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər. Onların oğurluq yolu ilə əldə etdikləri tütün məmulatlarının bir qismi tapılaraq istintaqa təqdim olunub. Saxlanılan Rəşad Məmmədov oğurluqda yalnız gözətçi kimi iştirak etdiyini deyib. 

Hazırda saxlanılan şəxslərin digər analoji cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

Zakir Muradov Nazim Quliyev Space

Paylaş

 Xəbəriniz olsun