Maduronu devirmek istəyi

  • SpaceTV
  • 20 Avqust 2019 12:05

Venesuela Prezidenti Nikolas Maduronun ən yaxın silahdaşları onu devrmək üçün ABŞ-la danışıqlara başlamaq istədiklərini söyləyib. Bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat yayıb. Departament nümayəndəsi bildirib ki, ABŞ siyasəti və Venesuela xalqının iradəsi açıq şəkildə “öz təsirini” göstərir:

O qeyd edib ki, son aylarda Venesuela prezidentinin onlarla ən yaxın müttəfiqləri ölkə rəhbərini devirmək üçün ABŞ-la danışıqlara başlamağa çalışıb: “Nikolas Maduro ətrafına etibar edə bilmədiyindən çox qorxur. Son aylarda onlarla Maduronun yaxın müttəfiqləri onun istefasına nail olmaq məqsədi ilə ABŞ-la danışıqlara girməyə çalışıb”.
Departament nümayəndəsi bildirib ki, ABŞ siyasəti və Venesuela xalqının iradəsi açıq şəkildə “öz təsirini” göstərir: “Maduro açıq şəkildə hər hansı bir daxili dəstəkdən və maliyədən təcrid olunub ki, bu da onun legitimlik qazanmasına imkan vermir”.
 

Paylaş

 Xəbəriniz olsun