Madriddə karantinə etirazlar: Yaralıların çoxu polislərdir

  • SpaceTV
  • 25 Sentyabr 2020 13:06

İspaniyanın paytaxtı Madriddə karantin məhdudiyyətlərinə qarşı keçirilən etirazlarda altı nəfər yaralanıb.

Spacetv.az “Europa Press” agentliyinə istinadən xəbər verir ki, etirazlarda iştirak edənlərdən üçü nəzarətə götürülüb.

Bildirilir ki, nümayişə təxminən 300 nəfər qoşulub. Tezliklə etirazçılardan bəziləri regional parlamentin ərazisində yolu bağlayıblar.

Polis etirazı dağıtmaq üçün güc tətbiq etməli olub. Hüquq-mühafizə əməkdaşlarından dördü yaralanıb.

Paylaş

 Xəbəriniz olsun