Macarıstanlı deputat biabırçı şəkildə tapıldı

  • SpaceTV
  • 2 Dekabr 2020 11:22

Macarıstanın hakim “Fides” partiyasından olan millət vəkili Jozef Sayer Belçika mediasının “gey orgiyası” kimi qələmə verdiyi ziyafətdə polis tərəfindən tutulduqdan sonra istefa verib.

Spacetv.az “Belga”ya istinadən xəbər verir ki, Macarıstan Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi partiya ənənəvi ailə dəyərlərinin qorunması və uşaqların eyni cinsli cütlüklər tərəfindən övladlığa götürülməsinə qarşı olduğunu bildirib.

Ziyafətdəki iştirakçıların əksəriyyətinin kişilər olduğu bildirilir. Onların bəzilərinin paltarı olmayıb.

Sayer 16 il Avropa parlamentinin üzvu kimi fəaliyyət göstərib. Onun arvadı Macarıstan Konstitusiya Məhkəməsinin hakimidir.

Jozef Sayerin istefası və adının biabırçı qalmaqalla hallanması Macarıstanı son on ildə idarə edən partiya üçün ciddi zərbədir.

Paylaş

 Xəbəriniz olsun