Macarıstan və Azərbaycan koronavirus pandemiyasına qarşı uğurla mübarizə aparırlar

  • Space TV
  • 16 Aprel 2020 12:56

Azərbaycan və Macarıstanın növbəti dəfə öyünməyə haqqı var! Məsələn, Almaniya, Avstriya və İsveçrə ilə yanaşı, Macarıstan da bu gün koronavirus pandemiyasının öhdəsindən uğurla gələn Avropa ölkələrinin birinci dördlüyünə daxildir.

SPACE TV-ın xüsusi müxbiri bir sıra statistik indikatorları təhlil edərək birmənalı şəkildə bu nəticəyə gəlib ki, COVID-19-a qarşı mübarizədə məhz yuxarıda adlarını çəkdiyimiz 4 ölkə Avropada ən uğurlu ölkələr, Azərbaycan isə MDB məkanında ən uğurlu ölkələrdən biri hesab edilə bilər.

Bizim təhlil Avropa statistika agentliyinin (Avrostat) həmin ölkələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi və infeksiyanın daha geniş yayılmasının qarşısını almaq məqsədilə vaxtında önləyici tədbirlər görülməsi barədə hesabatı əsasında aparılıb.

Avropa İttifaqının üzvü olan ölkələrin bu hesabat əsasında tərtib edilmiş reytinqi hansı ölkələrin vətəndaşlarının COVID-19-a yoluxması və qaçılmaz təhlükə ehtimalının ən kiçik və eyni zamanda, tam sağalma ehtimalının ən yüksək olması haqda təsəvvür yaradır.

Ölkələrin qiymətləndirilməsi zamanı çoxsaylı spesifik parametrlər, o cümlədən tədqiq edilən ölkələrdə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin müddətləri və onların nəticələrinin nə qədər ciddi olması nəzərə alınıb. Biz həmçinin, səfərlərə məhdudiyyətlərin səviyyəsi, əhalinin diaqnostikasının miqyasları, testləşdirmənin effektivliyi və xəstəxanaların təchizat səviyyəsi, o cümlədən ağciyərlərin süni ventilyasiyası aparatlarının sayı kimi göstəriciləri qiymətləndirməyə çalışdıq. Bütün bu məlumatlar açıq mənbələrdə, o cümlədən “Worldometers”in icmalında dərc olunub.

Bu amillərə əsaslanaraq apardığımız təhlil göstərdi ki, dünyada COVID-19 böhranının öhdəsindən gələn ən effektiv ölkə İsraildir. Sonra Almaniya və Cənubi Koreya gedir. İlk onluğa, əsasən, Asiya dövlətləri və MDB ölkələri düşüblər, lakin Avstraliya (4-cü yer) və Yeni Zelandiya (6-cı yer) onları “qabaqlayırlar”. Bizim hesablamalara görə, Azərbaycan dünyada 15-ci yerə cəsarətlə iddia edə bilər. Hesab edirik ki, bu böyük nailiyyətdir. Təbii ki, burada mümkün riskləri vaxtında hiss etmiş və əhalinin epidemioloji təhlükəsizliyinin təmin edilməsi üzrə önləyici tədbirlər görmüş hökumətin böyük xidməti olub. Nəticə göz qabağındadır – aşağı ölüm faizi və sağalmışların yüksək əmsalı.

Macarıstan COVID-19-la əlaqədar təhlükəsizlik reytinqində, bizim hesablamalara görə, dünyada Kanadadan sonrakı – 14-cü yeri, Avropa İttifaqında isə dördüncü yeri tutur. Avropa ölkələrindən yalnız Almaniya, İsveçrə (dünyada 11-ci yer) və Avstriya (dünyada 12-ci yer) Macarıstanı qabaqlaya biliblər.

Təəssüf ki, bu baxımdan dünyada ən uğursuz ölkə də Avropadadır. Belə ki, COVID-19 riskləri sistemində birinci yeri İtaliya tutur.

Paylaş

 Xəbəriniz olsun