Macarıstan səfirliyindən Azərbaycana dostluq jesti – FOTO

  • Space TV
  • 8 Dekabr 2020 17:16

Dekabrın 8-də 1 və 3 saylı Bakı DOST Mərkəzlərində Macarıstan səfirliyinin təşəbbüsü ilə vətəndaşlara macar şirniyyatları təqdim olunub.

Agentlikdən Spacetv.az-a verilən məlumata əsasən, macar kulinariya reseptləri əsasında hazırlanaraq “Bal-nar-dost” adlandırılan şirniyyatlarda Göyçay narı, İsmayıllı balı və Azərbaycanda istehsal olunan başqa ərzaqlardan istifadə olunub.

Macarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Viktor Szederkenyi qış mövsümü və xeyriyyəçilik tədbirlərinin bu fəaliyyətə ən uyğun gələn DOST Agentliyindən başlandığını qeyd edib. Səfir çıxışında şirniyyata Macarıstan-Azərbaycan dostluq münasibətlərinin rəmzi kimi “Bal-nar-dost” adının verildiyini bildirib. O həmçinin, Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirin DOST Agentliyi və Macarıstan səfirliyi arasında qurulmuş əməkdaşlıq çərçivəsində həyata keçirildiyini deyib.

Tədbir Macarıstan səfirliyi və DOST Agentliyi arasında razılaşdırılmış əməkdaşlıq planı çərçivəsində həyata keçirilib.

Paylaş

 Xəbəriniz olsun