Məxfi telefon danışığı

  • SpaceTV
  • 23 Sentyabr 2019 12:29

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iyuldakı telefon danışığının məzmunu ciddi məxfi xarakter daşıyır. Buna görə Dövlət Departamenti onun stenoqramını dərc etməyəcək. Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo televiziya proqramında çıxışı zamanı deyib.  “Siz bilirsiniz ki, biz  çox  nadir hallarda stenoqramın mətnini açıqlayırıq. Dünya liderlərinin danışıqları məxfi xarakteri daşıyır. Hansısa ekstremal şəraitdən başqa belə  hərəkət etmək yersizdir”, – deyə Xarici siyasət idarəsinin başçısı qeyd edib. Mayk Pompeonun  nöqteyi-nəzərincə, Tramp və Zelenskinin telefon danışığı bu kateqoriyaya aid deyil. 

Paylaş

 Xəbəriniz olsun