Mətbuatda Messinin “Barselona” rəhbərliyinə ünvanladığı sənəd dərc edilib – FOTO

  • Space TV
  • 26 Avqust 2020 15:09

Mətbuatda Lionel Messinin “Barselona”nı tərk etmək istəyini təsdiqləyən sənəd dərc olunub.

Spacetv.az REN TV-yə istinadən xəbər verir ki, Argentina KİV-ləri L.Messinin istefa ərizəsini yayımlayıb.

Bu, hücumçunun klub rəhbərliyinə göndərdiyi rəsmi faks sənədidir.

L.Messi onunla müqaviləyə xitam verilməsini xahiş edir.

Bu gecə isə “Barselona” klubunun ofis qərərgahının önünə yığışan azarkeşlər prezident Xosep Maria Bartomeunun istefasını, L.Messinin isə kluba geri qaytarılmasını tələb ediblər.

Paylaş

 Xəbəriniz olsun