Mətbuat prospektində 48 yaşlı kişini avtomobil vurdu

  • SpaceTV
  • 29 Oktyabr 2019 13:10

Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, qəza Mətbuat prospektində qeydə alınıb.

Azərbaycan Nəşriyyatının qarşısında minik avtomobili yolu keçmək istəyən piyada, 1971-ci il təvəllüdlü Həsənov Ceyhun Cəlayir oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun