Məsut Özil Neymarın rekordunu yeniləyib

  • Space TV
  • 15 Fevral 2021 16:37

Türkiyənin “Fənərbaxça” klubunun yeni transferi Məsut Özil komandaya xeyir verməyə başlayıb.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçinin müqavilə imzalanma tədbirində qol çəkdiyi üç forma auksionla ümumilikdə 36 min 50 avroya satılıb.

Arxasında 67 rəqəmi və Özilin adı yazılan “zolaqlı” forma 26 min, “qızılı” forma 4800, “lacivərd” forma isə 5250 avro qarşılığında yeni sahibinə təqdim olunub.

Bununla Özil Fransanın PSJ klubunun hücumçusu Neymara məxsus rekordu yeniləyib. Braziliyalı forvardın auksiona çıxarılmış PSJ forması 13 min avroya satılmışdı.

Qeyd edək ki, yanvarda “Fənərbaxça” ilə 3,5 illik müqavilə imzalayan Məsut Özil artıq 4 matçda iştirak edib.

Paylaş

 Xəbəriniz olsun