Məşhur şirkət Donald Trampı qəzəbləndirdi

  • Space TV
  • 20 Avqust 2020 11:42

ABŞ prezidenti Donald Tramp onun prezidentlik təbliğatına mane olan “Goodyear” şirkətinə xəbərdarlıq edib.

Spacetv.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti minik maşını üçün şinlər istehsal edən şirkətin öz işçilərinə “Make America Great Again” (“Amerikanı yenidən böyük edək”) şüarı yazılan papaqları qadağan etməsindən sonra öz limuzinində bu şirkətin istehsal etdiyi şinləri dəyişdirəcəyini bildirib.

Ağ Evdəki mətbuat konfransında Donald Tramp “Goodyear” şirkətini siyasətə qarışmaqda ittiham edib.

“Onların hərəkətləri dəhşətli və utancvericidir. İnsanlar öz seçdikləri geyimdən istifadə etməkdə sərbəstdirlər”, – deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, Donald Tramp noyabrın dördündə keçiriləcək prezident seçkilərinin təşviqatında “Make America Great Again” (“Amerikanı yenidən böyük edək”) devizindən istifadə edir.

Paylaş

 Xəbəriniz olsun