Məşhur roker Lindemann Azərbaycanın Xalq artistinin qonağı olub – FOTO

  • Space TV
  • 6 Mart 2021 14:04

Almaniyanın “Rammstein” rok qrupunun vokalisti Till Lindemann Azərbaycanın Xalq Artisti Elçin Əzizovla görüşmək üçün Moskvada Dövlət Akademik Böyük Teatra gəlib. 

Bu barədə “Sputnik Azərbaycan” xəbər verir.

Bildirilir ki, E.Əzizov görüşdən olan fotoları özünün “Instagram” səhifəsində paylaşıb. Paylaşımın şərh bölümündə ifaçıların duetə hazır olduqları barədə ismarıc verilib. 

Onlar Lindemannın Azərbaycan əsilli meneceri Anar Reyband sayəsində tanış olublar. Opera ifaçısı müğənniyə Böyük Teatrda ekskursiya təşkil edib.

Qeyd edək ki, Lindemann Azərbaycanı çox sevir və koronavirus pandemiyasından əvvəl Bakıda dəfələrlə olub, xüsusən də Azərbaycanın Xalq Artisti Emin Ağalarovun dəvəti ilə “Jara” beynəlxalq musiqi festivalında iştirak etmək üçün gəlib.

Paylaş

 Xəbəriniz olsun