Məşhur repçini 10 illik həbs həyatı gözləyir

  • Space TV
  • 18 Noyabr 2020 10:23

Dünyaca məşhur amerikalı repçi Lil Ueyn həbs edilə bilər. 

Spacetv.az xəbər verir ki, bnunla bağlı TMZ məlumat yayıb. 

Bildirilib ki, Florida ştatının prokurorluğu ona qarşı qanunsuz silah saxlama maddəsi ilə ittiham irəli sürüb. 

Bu ittihamla repçini 10 il müddətinə həbs gözləyir. 

İttiham 2019-cu ilin dekabrında Ueynin şəxsi təyyarəsində baş verən insidentlə bağlı irəli sürülüb. Həmin vaxt təyyarədən narkotik vasitələr və silah aşkarlanmışdı. 

Qeyd edək ki, Ueyn artıq 2009-cu ildə eyni ittihamla məhkumluq həyatı yaşayıb.

Paylaş

 Xəbəriniz olsun