Məşhur müğənni paylaşımı ilə tənqid hədəfi oldu – FOTO

  • Space TV
  • 18 Sentyabr 2020 00:01

Məşhur müğənni Rita Dakota sevgilisi ilə Türkiyədəki istirahətindən görüntülər paylaşıb. Ancaq paylaşımına yazdığı şərhlə o, izləyicilərini qəzəbləndirib.

Spacetv.az xəbər verir ki, 5tv.ru-nun məlumatına görə, kadrlar onun “Instagram” hesabında yayımlanıb.

Fotoda ifaçı dəniz fonunda sevgilisini öpür. Şəklə şərh olaraq isə müğənni qızı Miyanın üç gün nənəsi ilə qalacağını öyrənəndən sonra qəfil Türkiyəyə getmək qərarını verdiyini deyib.

“Biz çox xoşbəxtik! Üç gün işsiz, uşaqsız, konsertsiz, biznes prosessiz və 24/7 telefonsuz. Bu ki cənnətdir”, – deyə o, yazıb.

İstifadəçilər isə onun övladı barədə dediklərini sərt şəkildə tənqid ediblər.

“Hesab edirəm ki, Miya anası tərəfindən yazılan bu şərhi gələcəkdə qiymətləndirəcək. İlk dəfə deyil ki, övladınızı necə ağır şəkildə qəbul etdiyinizi görürəm”, “Siz 24/7 telefonsuzsunuz? Bəs paylaşımları necə edirsiniz?”, “Uşaq ən gərgin işlə müqayisə edilir”, – kimi şərhlərlə onlar müğənnini düşüncəsizlikdə qınayıblar.

Paylaş

 Xəbəriniz olsun