Məşhur klubun 38 əməkdaşında koronavirus aşkarlandı

  • Space TV
  • 7 May 2020 13:08

Braziliyanın “Flamenqo” futbol klubununda 38 nəfər yeni növ koronavirusa yoluxub.

SPACE TV xəbər verir ki, bu barədə klub açıqlama yayıb. Klubun futbolçular və işçiləri olmaqla 293 nəfərə koronavirus testi edilib. Koronavirus təsbit edilən 38 nəfərdən üçünün futbolçu olduğu qeyd edilib və adları çəkilməyib.

Testi pozitiv çıxan şəxslərdə heç bir koronavirus əlaməti görülmədiyi vurğulanıb.

Qeyd edək ki, yaxın gümlərdə klubda 68 yaşlı şəxs koronavirusdan həyatını itirmişdi.

Paylaş

 Xəbəriniz olsun