Məşhur hind aktyoru Rişi Kapur vəfat edib

  • SpaceTV
  • 30 Aprel 2020 10:43

Məşhur Bollivud aktyoru Rişi Kapur vəfat edib.

NDTV telekanalı məlumat verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 68 yaşlı aktyor Mumbay şəhərinin xəstəxanalarından birində vəfat edib.

Rişi Kapur əfsanəvi hind kino xadimi – rejissor və aktyor Rac Kapurun oğlu idi.

Bir çox ekran əsərlərində yer almış aktyor daha çox “Bobbi” filmindəki rolu ilə məşhurdur.

Paylaş

 Xəbəriniz olsun