Məşhur futbolçudan koronavirusa inanmayanlara sərt tənqid: “Ölüm gələndə…”

  • Space TV
  • 25 May 2020 12:00

Rusiya millisinin və Moskva “Spartak”ının keçmiş hücumçusu Roman Pavlyuçenko koronavirusun mövcudluğuna inanmayanları kəskin tənqid edib.

Bu barədə “Sport24” məlumat yayıb.

O qeyd edib ki, skeptiklər yalnız ölüm onların yaxınlarına toxunduqda fərqli düşünməyə başlayırlar.

“Şənliklər, məclislər təşkil etmək lazım deyil. Bizdə hələ də kütləvi toplaşırlar, görüşürlər və gəzinti təşkil edirlər. Rus xalqı, sadəcə, ölüm gələndə başqa cür düşünməyə başlayır”, – deyə R.Pavlyuçenko bildirib.

Paylaş

 Xəbəriniz olsun