Məşhur futbolçu qəzaya düşdü: Maşını divara çırpıldı

  • Space TV
  • 2 Yanvar 2020 13:08

İtaliyanın “Breşiya” klubunun hücumçusu Mario Balotelli gecə klublarından birində keçirilən Yeni il şənliyindən evə qayıdarkən qəzaya düşüb.

“Corriere dello Sport”un məlumatına görə, avtomobilin sükanı arxasında Balotellinin dostu olub.

Sürücü yanlış manevr edib və maşın yaxınlıqdakı çörək mağazasının divarına çırpılıb.

Qəza nəticəsində futbolçu və dostu xəsarət almasa da, maşına ziyan dəyib. Balotelli maşını ərazidə qoyaraq evinə qədər bir neçə yüz metr yolu piyada getməli olub.

Paylaş

 Xəbəriniz olsun