Məşhur fast food şəbəkəsindən iyrənc hadisə

  • SpaceTV
  • 6 Avqust 2020 14:43

Dünyanın bir çox ölkəsində filialları olan fast food zəncirində qızardılmıştoyuğuniçindənbirdəfəliktibbimaskaçıxıb.Hadisəİngiltərədəqeydəalınıb.

Spacetv.az Türkiyə mediasına istinadən xəbər verir ki, paketdə yeməli məhsullar alıb evə gedən ailə şam yeməyində rastlaşdıqları mənzərədən şoka düşüb.Yemək əsnasında kiçik qızı Maddinin dişləmini çeynəyərkən öskürdüyünü görən ana Laura Arber, “Qızımın yemək yeyərkən çətinlik çəkdiyini gördüm. Sonra isə boğulmağa başladı.Yaxınlaşıb baxanda yeməyin içində mavi birdəfəlik maska olduğunu aşkarladım”, deyib. Hadisədən sonra restorana gedən ana orada daha bir şok yaşayıb. Vəziyyəti restoranın menecerinə izah edərək açıqlama istəyən ana “Bu məhsul bizim mətbəximizdə bişirilmədi” cavabını alıb.

Yerli mətbuata danışan Arber, “Heç üzr də istəmədilər və bu hadisədən xəbəri olmayan insanlara hələ də toyuq parçaları satmaqda davam edirlər. Bu, onlarında başınagələbilər” dedi.

Paylaş

 Xəbəriniz olsun