Məşhur aktyor Ben Kross vəfat etdi

  • Space TV
  • 19 Avqust 2020 13:46

“Odlu döyüş arabaları” filmi ilə şöhrət qazanan Böyük Britaniya aktyoru Ben Kross 72 yaşında vəfat edib.

Spacetv.az “İzvestiya” agentliyinə istinadən xəbər verir ki, bu barədə aktyorun qızı Loren “Facebook” səhifəsində məlumat yayıb.

Aktyorun səhhətində qəfil pisləşmə olub, bir neçə gün sonra isə Vyana şəhərində vəfat edib.

B. Kross sonuncu dəfə premyerası 2021-ci ildə baş tutacaq “Şeytanın işığı” filmində rol alıb.

Paylaş

 Xəbəriniz olsun