Mərkəzi Bankın valyuta ehtiyatları azalıb

  • Space TV
  • 2 Mart 2021 11:38

Mərkəzi Bankın fevral ayının sonuna olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 367,6 milyon ABŞ dolları olub.

Spacetv.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalıb.

Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi 2020-ci ilin eyni dövründə 6 milyard 400,9 ABŞ dolları olub.

Paylaş

 Xəbəriniz olsun