Mərkəzi Bankın rəsmi beynəlxalq ehtiyatlarının həcmi artıb

  • Space TV
  • 28 Oktyabr 2020 10:28

Mərkəzi Bankın sentyabr ayında rəsmi beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 491,4 milyon ABŞ dolları olub.

Spacetv.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 457,3 milyon dollar və ya 7,57 faiz çox olub.

2019-cu ilin sentyabrında Mərkəzi Bankın rəsmi beynəlxalq ehtiyatlarının həcmi 6 milyard 34.1 milyon ABŞ dollarını təşkil edib.

Paylaş

 Xəbəriniz olsun