Mərkəzi Bank kredit borclarının dondurulmasını müzakirə edir

  • SpaceTV
  • 9 Aprel 2020 13:19

Milli Məclisin iclasında xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilib.

SPACE TV  xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib.

Deputatın çıxışına cavab olaraq isə Mərkəzi Bank sədri Elman Rüstəmov bu məsələnin hazırda müzakirə edildiyini bildirib.

” Bank kreditləri ilə bağlı hazırda işlər gedir: Yaxın günlərdə bununla bağlı məsələləri açıqlayacağıq”

Paylaş

 Xəbəriniz olsun