Mərkəzi Bank 200 milyon manat cəlb edir

  • Space TV
  • 26 İyun 2020 10:02

İyunun 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən SPACE TV-a bildirilib ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Məbləğin artırıla bilən hissəsi hərrac məbləğinin maksimum 20 faizidir. Depozit hərracının müddəti 14 gündür.

“Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,51-6,99 faiz təşkil edir.

Paylaş

 Xəbəriniz olsun