Mərkəzi Bank 100 milyon manat cəlb edir

  • Space TV
  • 29 Yanvar 2020 10:56

Yanvarın 29-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

SPACE TV AMB-ə istinadən xəbər verir ki, hibrid hərracda 100 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 28 gündür. “Bloomberg” ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 5,76-7,49 faiz təşkil edir.

Paylaş

 Xəbəriniz olsun