Mərkəzdən kənarda karantin rejimi – VİDEO

  • SpaceTV
  • 10 Aprel 2020 10:57

Ötən ayın 24-dən koronavirus pandemiyasına görə ölkədə karantin rejimi elan edilib. Daha sonra isə karantin rejimi qaydaları biraz da sərtləşdirildi. 4 gündür ki xüsusi karantin rejiminin qaydalarına əsasən insanlar evlərini yalnız zəruri hallarda xüsusi icazələrlə tərk edə bilirlər.Bu tədbirlər koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədi ilə  aparılır. Lakin buna baxmayaraq, həm özünün, həm yaxınlarının, həm də tanımadığı insanların həyatını təhlükə altına ataraq qaydaları tapdalayan insanlar var. Bu halların qarşısını almaq üçün ölkə ərazisində müvafiq postlar qurulub.

Mərkəzdən kənar ərazilərdə necə riayət olunur? Bu suala cavab tapmaq üçün  üz tutduq mərkəzdən bir neçə km aralıda olan Binə atçılıq qəsəbəsinə.

Bununla yanaşı karantin rejimini müşahidə etmək üçün qəsəbəyə daxil olduq. Market, aptek və digər zəruri məkanlar istisna olmaqla hər hansı açıq iaşə obyekti ilə raztlaşmadıq. Lakin, çox az da olsa insanların hərəkəti müşahidə edilirdi.

Onsuz da göndərilən SMS-ə müsbət cavab gəlir. Maraqlıdır görəsən bir SMS göndərmək çoxmu çətindir? Bəs nəfəs yollarını qorumaq üçün nəzərdə tutulan maska niyə cibdə gəzdirilir ?

Qaydanı pozanlar isə müvafiq olaraq cəzalandırılır.

Vətəndaş iddia edir ki, icazə SMSni öz telefonundan göndərə bilmədiyinə görə qonşusunun telefonu vasitəsi ilə göndərib.  Lakin polis əməkdaşları onun adının sistemdə olmadığını bildirdilər.

Bir daha xatirladaq ki, qoyulan məhdudiyyətlər, bütün dünyanın ölüm-dirim mübarizəsi apardığı koronavirusun ölkəmizdə yayılmasının qarşısını almağa hesablanıb. Bu qaydalara biz yalnız  özümüz üçün yox, tanıdığımız və tanımadığımız bütün insanlar üçün əməl etməliyik. Bu mübarizədə qalib çıxmaq diləyi ilə…

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun