Məqsədyönlülüyün sevindirici nəticəsi – VİDEO

  • SpaceTV
  • 12 Avqust 2020 14:26

Valideynlərinin təkidi ilə ötən il 652 balla Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olan Lənkəran şəhər sakini 18 yaşlı Mirənvər İsmayılov bu seçimdən o qədər də razı deyildi. Space TV-nin xəbərinə görə, 3-4 ay Tibb Univeristetinin auditoriyalarını dolaşan yeniyetmə ürəyinin səsinə qulaq asaraq bu  ali məktəbdə təhsildən imtina edir. Yenidən ali məktəbə hazırlaşmağa başlayır.

Beləliklə yeniyetmə 11-ci siniflər üçün keçirilən qəbul imtahanının birinci mərhələsində maksimum 300 bal toplayıb. Beləliklə nəinki oxuduğu Lənkəran şəhər 10 saylı tam orta məktəbin, eləcə də respublikada maksimum nəticə göstərən abituriyent olub. Hədəfi isə Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olmaqdır.

Qeyd edək ki, Mirənvər İsmayılov ötən il Amerika Birləşmiş Ştatlarının univeristetlərinə qəbul imtahanlarında da yüksək nəticə göstərib. Lakin, Azərbaycanın Tibb Univeristetinə daxil olduğu üçün orada ixtisas seçimində iştirakdan imtina edib. 

Rövşən Almasoğlu

Space TV

Paylaş

 Xəbəriniz olsun