Mənzildə yanğın olub

  • SpaceTV
  • 14 Oktyabr 2019 15:43

Hadisə şəhərin Gülüstan qəsəbəsindəki  8 saylı binanın beşinci mərtəbəsindəki mənzildə qeydə alınıb. Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Rzayeva Məhluqə Əliş qızı müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yanğın zamanı iki azyaşlı uşaq xilas edilib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını cəlb olunub. İlkin məlumatlara görə, yanğın elektrik naqillərində yaşanan qısaqapanma nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.

ZAKİR  MURADOV  SPACE

Paylaş

 Xəbəriniz olsun