Mənzil seçimində iştirak edənlərin böyük qismini hərbi qulluqçular təşkil edib – FOTO

  • Space TV
  • 2 Fevral 2021 15:26

Mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatlar açıqlanıb.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verilən məlumatda bildirilir ki, Hövsan Yaşayış Kompleksinin 1, 4, 5 və 6 saylı binaları üzrə ümumilikdə 477 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimlər 18 dekabr 2020-ci il tarixində başa çatdırılıb.

Mənzil seçimi edən vətəndaşların böyük qismi, yəni, 26,8 faizini ən azı 3 il hərbi xidmətdə olan, həmçinin, ehtiyata və ya istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, 16,8 faizini ən azı 15 il dövlət ümumi təhsil müəssisələrində müəllim işləyən şəxslər, 12,6 faizini ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər, 11,1 faizini ən azı 3 il dövlət ümumi təhsil müəssisələrində müəllim işləyən şəxslər təşkil edib.

Mənzil seçimi etmiş vətəndaşların 31 faizi yaşı 35-dən çox olmayan gənc ailə üzvləri kateqoriyasını, 69 faizi isə yaşından və ailə vəziyyətindən asılı olmayaraq digər şəxsləri əhatə edib.

18 dekabr 2020-ci il tarixində Hövsan Yaşayış Kompleksində seçilmiş mənzillərlə bağlı statistik məlumatlara əsasən, 16 min 273 nəfər vətəndaş “Güzəştli Mənzil” sistemində qeydiyyatdan keçərək elektron kabinetə sahib olub. Satış zamanı 847 nəfər istifadəçi isə mənzil seçimində iştirak edib.

Paylaş

 Xəbəriniz olsun