Mənzil sahiblərinə səyyar xidmət

  • SpaceTV
  • 28 Sentyabr 2019 12:10

 “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol”. Bu şüarla xidmət göstərən Əmlak Məsələləri  Dövlət Komitəsinin səyyar xidməti istismara verilən binalarda çıxarışların verilməsinə start verib.

İllərdir yaşadığı mənzilə çıxarış ala bilməyən vətəndaşların qarşılaşdıqları çətinliklər geridə qalır. Daha bir ünvanda paytaxtın Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 1 ünvanında yerləşən istismarına icazə verilən 460 mənzilli yaşayış kompleksində çıxarışların verilməsinə başlanıldı. Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar qeydiyyat xidməti binanın həyətində sakinlərdən ilkin sənədləri topladı.

 “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində hazırda paytaxtda 10-a yaxın binanın həyətində belə səyyar xidmət göstərilir. Elektron çıxarışların verilməsi ilə bağlı 1000-ə yaxın mənzilin ilkin sənədləri toplanır.

Görülən işlər prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Çoxmənzilli binaların istismar qaydalarının sadələşdirilməsi” ilə bağlı imzaladığı fərmana uyğun həyata keçirilir. Həmin fərmana əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinə 148 binanın istismar aktı daxil olub. Mərhələli şəkildə bütün binalara səyyar xidmət göstərilərək vətəndaşlar çıxarışlarla təmin ediləcək.

Cəfər Talıb, Kamran Allahyarov, Space.

Paylaş

 Xəbəriniz olsun