Mənzil bazarı dəyər qazanır

  • SpaceTV
  • 18 Oktyabr 2019 19:20

Mənzil bazarında ciddi qiymət artımı gözlənilmir. Bu il yaşayış sahələrinə kütləvi çıxarışlar verilsə də, bu prosses qiymətlərin yüksəlməyinə səbəb olmayacaq. Sadəcə mənzillərin dəyəri artacaq. İnşaat şirkətlərinin təmsilçiləri bu qənaətdədir. Bildirirlər ki, hazırda mənzil bazarında durğunluq yaşanır. Bazarda rəqabətin yüksək olduğunu nəzərə alsaq qiymət artımı satışa mənfi təsir göstərə bilər.

Geridə qoyduğumuz ilin 9 ayı ərzində isə mənzil bazarında qiymətlərdə 6 %-ə qədər artım qeydə alınınb. İlkin mənzil bazarında artım 12 %-ə, təkrar mənzil bazarında isə 3 %-ə yaxındır. Son ayda isə ilkin mənzil bazarında 0, 26 % artım müşahidə edilib. Təkrar mənzil bazarında isə əksinə 2%-dən artıq azalma qeydə alınıb. Ekspertlər bildirir ki, qiymətin belə artmasına əsas səbəb tikinti sektorunda təklif portfelinin azalmasıdır.

Kütləvi çıxarışların verilməsinin qiymət artımına səbəb olacağı ilə bağlı ehtimallar səslənsə də iqtisadçı ekspert Vüqar bayramov bu ehtimalları istisna edir. Ekspert mənzillərin sadəcə dəyər qazanacağını deyir.

Qeyd edək ki, bəzi tikinti şirkətlərinin hazırda mənzil satmaqdan imtina etməsinə dair məlumatlar yayılıb. Səbəb kimi isə, ilin sonuna doğru qiymət artımı olacağını göstərilir. Sujetdən göründüyü kimi ekspertlərin rəyi bu gözləntilərin yanlış olduğunu ortaya çıxardı.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun