Mənbəyi su olan həyatların susuzluğu

  • SpaceTV
  • 23 Aprel 2020 17:56

SU QITLIĞI İNSANLARIN, CANLI ALƏMİN SUYA OLAN TƏLƏBATININ ŞİRİN SU RESURSLARI TƏRƏFİNDƏN QARŞILANMAMASIDIR. YƏNİ MÖVCUD ŞİRİN SU EHTİYATLARI KIMLƏR ÜÇÜNSƏ AZLIQ TƏŞKİL EDİR. ƏSLİNDƏ DÜZGÜN İSTİFADƏ OLUNARSA PLANETİMİZDƏ İÇMƏLİ SU KİFAYƏT QƏDƏRDİR. DÜNYADAKI SUYUN 97 FAİZİNİN DUZLU OLMASINDAN QORXMALI DEYİLİK. ÇÜNKİ PLANETİMİZDƏ 14 MİN KUB KİLOMETR ŞİRİN SU MƏNBƏLƏRİ VAR, LAKİN BUNUN CƏMİ 5 MİNİ İSTİFADƏ OLUNUR. SU QITLIĞINA SƏBƏB KİMİ İNKİŞAF ETMƏKDƏ OLAN ÖLKƏLƏRİN KƏND TƏSƏRRÜFATI VƏ SƏNAYEDƏ SUDAN SƏMƏRƏLİ İSTİFADƏ ETMƏMƏLƏRİ GÖSTƏRİLİR.  BU İSTİQAMƏTDƏ AZƏRBAYCANDA UĞURLU ADDIMLAR ATILIR. ÖLKƏMİZ BƏŞƏRİYYƏTİ BÜRÜYƏ BİLƏCƏK PROBLEMLƏRƏ QARŞI VAXTINDA DOĞRU QƏRAR VERİR VƏ BİR NÖV ÖRNƏYƏ ÇEVRİLİR. SU EHTİYATLARINDAN  SƏMƏRƏLİ İSTİFADƏ, ƏKİN SAHƏLƏRİNDƏ SUVARMANIN YAXŞILAŞDIRILMASI VƏ YAŞAYIŞ MƏNTƏQƏLƏRİ ÜZRƏ  SUBARTEZİAN QUYULARININ QAZILMASI İSTİQAMƏTİNDƏ TƏKCƏ APREL AYINDA PREZİDENT İLHAM ƏLİYEV 16 SƏRƏNCAM İMZALAYIB. SU EHTİYATLARIMIZLA BAĞLI SON VƏZİYYƏT HAQQINDA HİDROMETEREOLOGİYA ELMİ TƏDQİQATLAR İNSTİTUNUN DİREKTOR MÜAVİNİ DANIŞDI

ƏLBƏTTƏ SU QITLIĞI VƏ BUNUN YARADACAĞI FƏSADLAR BARƏDƏ DÜŞÜNMƏK BELƏ ÇƏTİNDİR, O Kİ QALDI ARZUOLUNMAZ VƏZİYYƏTİ YAŞAYASAN.  PROBLEMİN YARANMA SƏBƏBİNİ YANLIZ İQLİM DƏYİŞİKLİKLƏRİNDƏ AXTARMAQ LAZIM DEYİL, ÇÜNKİ HƏYAT MƏNBƏYİNİN NECƏGƏLDİ İSTİFADƏSİ DƏ TÜKƏNMƏYƏ GƏTİRİR. BƏS SU İSRAFININ QARŞISINI NECƏ ALMAQ OLAR?

DÜNYANIN BƏZİ DÖVLƏTLƏRİNDƏ “SU AXAR ÇUXURUNU TAPAR” ATALAR SÖZÜMÜZÜN  REALLAŞMASINI GÖZLƏYƏN MİNLƏRLƏ İNSAN VAR. BMT-NİN STATİSTİKASINA GÖRƏ, HƏR GÜN DÜNYADA 5 YAŞADƏK OLAN 800 UŞAQ TƏMİZ SUYA OLAN TƏLƏBATINI ÖDƏYƏ BİLMƏDİYİ ÜÇÜN ÖLÜR. 2040-CI İL ÜÇÜN 600 MİLYON AZYAŞLI ŞİRİN SU MƏNBƏLƏRİNİN MƏHDUD OLDUĞU ƏRAZİLƏRDƏ YAŞAYACAQ. BU İSƏ BƏZİ XƏSTƏLİKLƏRƏ YOL AÇACAQ Kİ, ÖLÜM HALLARININ ARTMASI QAÇILMAZDIR. HAZIRDA İSƏ 36 ÖLKƏDƏ İÇMƏLİ SUYUN HƏCMİ  HƏMİN DÖVLƏTLƏRİN SAKİNLƏRİNİN TƏLABATINI ÖDƏMİR. BMT HESABATLARINA İNANSAQ. HAZIRDA DÜNYADA 780 MİLYON İNSAN İÇMƏLİ SUDAN ƏZİYYƏT ÇƏKİR. 2 MİLYARDA YAXIN İNSANIN İSƏ, TƏMİZ İÇMƏLİ SUYA ÇIXIŞI YOXDUR. EKSPERTLƏR YAXIN 50 İLDƏ “SU FƏLAKƏTİ”NİN, YƏNİ SUSUZLUĞUN YAŞANACAĞINI İDDİA EDİRLƏR. ƏSAS SƏBƏB KİMİ İQLİM DƏYİŞİKLİKLƏRİ GÖSTƏRİLSƏ DƏ ,  SUDAN SƏMƏRƏLİ İSTİFADƏ DƏ ƏSAS ŞƏRTLƏRDƏNDİR. “SU GƏLDİYİ ARXA BİR DƏ GƏLƏR” ATALAR SÖZLƏRİNƏ ALDANMAQ OLMAZ. HƏYAT MƏNBƏYİ OLAN SUYA QƏNAƏT EDİN  VƏ İSRAF ETMƏYİN.  

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun