Xalq artisti Röya Ayxan şəxsi həyatı ilə bağlı Atv kanalında yayımlanan ”Atv Maqazin 10lar”la verilişinə maraqlı açıqlamalar verib.
SPACE TV xəbər verir ki, o şəxsi həyatı ilə bağlı yenidən ailə həyatı qurmaq istəyərsinizmi sualına aydınlıq gətirib.
”Mən artıq bir kişi ilə yaşaya bilmərəm. Oğlum Hüseynin 10 yaşı var. Mən yenidən evdə biri ilə oturum, o desin mən edim, mən deyim o etsin alınmır”.
Müğənni evlənmək istəməsə belə hərdən yaşadığı eşq macəralarından da söz açıb.
”Zaman-zaman flört etdiyim olur. Bəlkə də 20 il əvvəlki Röya başqa cavab verərdi. Lakin indiki kişilər inciməsin öz-özümə fikirləşirəm ki ”Mən bunlardan çox bilirəm, bunlardan da daha güclüyəm”.