Məlum karantin rejimi ilə bağlı yerlərdə tibbi ehtiyaclar üçün qan verən vətəndaşların sayı azalıb

  • Space TV
  • 14 Aprel 2020 15:03

Gəncə Regional Qan Bankında qeydiyyatda olan 100-dən artıq  talassemiya xəstəsi var. İndiki halda bu insanlar çətinliklər  qarşısında qalıb. Söhbət bölgələrdə talassemiya xəstələri üçün qan çatışmazlığından gedir. Mövcud vəziiyyət ondan ibarətdir ki,  Gəncə Regional Qan Bankında hazırda  donor çatışmazlığı yaşanır. Mütəxəssislərin sözlərinə görə koronovirus pandemiyası səbəbindən talassemya xəstələrinə ənənəvi  qan verən könüllü şəxslər belə donor olmağa çəkinir.  Lakin təlaşa və yoluxma kimi təhlükəyə səbəb yoxdur. Buna tam zəmanət verilir.

Qeyd edək ki, sözügedən sahədə vəziyyətin ciddiliyi TƏBİB tərəfindən də açıqlanıb. Odur ki, bu məsələyə diqqət yetirilərək, yerlərdə  donorlar üçün bütün imkanlar yaradılır. Onlar rahat şəkildə gəlib getmələri üçün arayışlarla təmin olunur, ayrıca tam təhlükəsiz şəraitdə qan vermələri təmin edilir. Qeyd edək ki,  12 rayona xidmət göstərən Gəncə Regional Qan Bankında 112 nəfər  talassemiya xəstəsi qeydiyyatdadır. Bu xəstələrdən 60 – nın vəziyyəti daha ağırdır. Bu şəxslər üçün 1 və ya iki həftə ərzində  azı bir dəfə qan köçürülməlidir.

Zakir Muradov SPACE TV

Paylaş

 Xəbəriniz olsun