Məleykə Abbaszadə: “Doktoranturaya ingilis dilindən qəbul imtahanının DİM tərəfindən keçirilməsi müzakirə olunur”

  • SpaceTV
  • 5 Dekabr 2019 14:40

“Doktoranturaya qəbul imtahanında ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur”.

SPACE TV-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır: “Birinci mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq. Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik. Bu imtahanlar təbii ki, ödənişli olacaq”.

M.Abbaszadə qeyd edib ki, qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqlar dərc olunacaq.

Paylaş

 Xəbəriniz olsun